Azərbaycanda "Mal bazarı"nda kütləvi DAVA: Ağdaş və Tərtər sakinləri əlbəyaxaya keçdilər

Azərbaycanda "Mal bazarı"nda kütləvi DAVA: Ağdaş və Tərtər sakinləri əlbəyaxaya keçdilər Ağdaş rayonundakı "Mal bazarı"nda kütləvi dava olub.

Report.az xəbər verir ki, Ağdaş və Tərtər sakinləri arasında başlayan mübahisə davaya çevrilib. Nəticədə yüngül və ağır xəsarət alanlar olub.

Başından ağır zərbə alaraq yaralanan Ağdaş rayonu, Mürsəl kənd sakini 1976-cı il təvəllüdlü Həmidov Bəhruz Əhmədiyyə oğlu təcili xəstəxanaya çatdırılıb.

Onun başına tikiş qoyulub.

Yaralının durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Siam.az
Tarix: 7-10-2017, 14:07
Xəbəri paylaş





Xəbər lenti