Sərnişinlər qapıdan sallanıb gedir - Bakıda təhlükəli anlar + Video

Sərnişinlər qapıdan sallanıb gedir - Bakıda təhlükəli anlar + Video Bakıda sərnişin avtobusunda sərnişinlər öz həyatlarını təhlükəyə atıblar.

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, görüntülər 20 yanvar metrosunun yanından Abşeronun Pirəkəşkül qəsəbəsinə gedən 114 nömrəli marşrutda çəkilib.


Avtobusdan istifadə edən sərnişinlər deyir ki, belə hallar axşam saatlarında, sıxlıq müşahidə olunan zaman baş verir.

Məsələ ilə bağlı marşrut xəttinin sahibkarı bildirib ki, həmin vaxt avtobusa minmək üçün çoxlu sayda insan axın etdiyinə görə, avtobusun qapısında nasazlıq yaranıb və o bağlanmayıb:

“Bundan istifadə edən bir qrup sərnişin isə sürücünün tələbinə baxmayaraq avtobusdan sallanıb getməkdə davam ediblər. Ancaq sərnişinlər daşındıqdan sonra həmin avtobus təmirə göndərilib və onun qapısındakı nasazlıq aradan qaldırılıb”, - deyə sahibkar bildirib.

Marşrut xəttinin sahibi belə hadisələrlə qarşılaşan zaman vətəndaşları avtobusun içərisində qoyulan mobil nömrəyə zəng etməyi və öz şikayət və təkliflərini bildirməyi tövsiyyə edib.

Tarix: 9-10-2017, 09:24
Xəbəri paylaş





Xəbər lenti