Ağdaşda mal-qaraya canavarlar hücum edib

Ağdaşda mal-qaraya canavarlar hücum edib  Ağdaşın Ağzıbir kəndində mal-qaraya canavar hücumu olub.
“Report” xəbər verir ki, hadisə iribuynuzlu heyvanlar örüşdən qayıdan zaman baş verib.
Yırtıcılar çoban və yerli sakinlərin səs-küyündən sonra sürüdən uzaqlaşsalar da, xeyli sayda heyvan tələf olub və ya xəsarət alıb.
Hadisədən daha çox Niftalıyevlər ailəsi zərər çəkib. Canavarlar Hünər və Mais Niftalıyev qardaşlarının 3 baş inəyini parçalayıb, bir neçəsini isə ağır yaralayıblar.


Siam.az
Tarix: 23-10-2017, 07:38
Xəbəri paylaş





Xəbər lenti