Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlandı
Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu metronun “Neftçilər” stansiyası yaxınlığında mübahisə zəminində iki bıçaq xəsarəti alıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı mütəxəssisidir.
Tarix: 23-10-2017, 08:00