Ucarda məktəbdə ölüm hadisəsi baş verib

Ucarda məktəbdə ölüm hadisəsi baş verib Ucar rayonunda orta məktəbdə ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ucar şəhərin 2 saylı tam orta məktəbində qeydə alınıb. Məktəbdə laborant kimi çalışan Ucar rayon sakini, 1951-ci il təvəllüdlü Zeynəb Əjdər qızı Müslümovanın məktəbdə qəflətən halı pisləşib. Məktəbə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə kimi Z.Müslümova dünyasını dəyişib.

Onun ürək tutmasından öldüyü ehtimal edilir. Fakt araşdırılır.
Tarix: 23-10-2017, 14:50
Xəbəri paylaş





Xəbər lenti