Moskvada Roqozinin mənzili atəşə tutuldu

Moskvada Roqozinin mənzili atəşə tutuldu Moskvada Rusiyanın baş nazirinin birinci müavini Dmitri Roqozinin Starovolinski küçəsində “Blijnyaa daça” yaşayış kompleksində yerləşən mənzili pnevmatik silahdan atəşə tutulub.

Oxu.Az-ın xəbərinə görə, məlumatı Life nəşrinə hüquq-mühafizə orqanlarında təsdiqləyiblər.

Rusiya Daxili İşlər Nazirliyində insidentlə bağlı araşdırma aparılır.

İlkin məlumata əsasən, hadisəni yetkinlik yaşına çatmayan şəxslər törədiblər. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.

Siam.az
Tarix: 23-10-2017, 22:39
Xəbəri paylaş





Xəbər lenti