Bərdədə su kəməri partladı: Şəhər susuz qaldı

Bərdədə su kəməri partladı: Şəhər susuz qaldı Bərdə şəhərinin su təchizatında problem yaranıb.

Report xəbər verir ki, rayonun Bakı küçəsində diametri 250 mm olan su borusunun partlaması nəticəsində Bərdə şəhərinin böyük hissəsi susuz qalıb.

"Azərsu" ASC-nin Bərdə Rayon Su Kanalı İdarəsindən qəzanın aradan qaldırılması üçün zəruri tədbirlərin görüllüyü bildirilib:

"Su təchizatı, ən yaxşı halda sabah bərpa ediləcək".

Qəzaya səbəb kimi, su borularının istismar müddətinin başa çatması göstərilir.
Tarix: 24-10-2017, 08:43
Xəbəri paylaş





Xəbər lenti