Bakıda lombarda basqın olub

Bakıda lombarda basqın olub Bakıda lombarda basqın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində fəaliyyət göstərən lombarda gələn naməlum şəxs orada işləyən Anar Əliyevi tapança ilə hədələyərək pul və qızıl tələb edib.

İsti izlərlə həyata keçirilən tədbirlər nəticəsində hadisənin Bakı şəhər sakini Kamran Allahverdiyev tərəfindən törədilməsi müəyyən edilib.

Ondan hadisədə istifadə etdiyi oyuncaq tapança götürülüb.
Tarix: 25-10-2017, 13:40
Xəbəri paylaş





Xəbər lenti