Lənkəranskinin dəstəsinin üzvləri saxlanıldı - "Lotu Quli"nin ən etibarlı adamını öldürüblər?

Lənkəranskinin dəstəsinin üzvləri saxlanıldı - "Lotu Quli"nin ən etibarlı adamını öldürüblər? Sankt-Peterburqda Rövşən Lənkəranskinin dəstəsinin üzvləri – Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanov saxlanılarkən müəyyən edilib ki, onların Lotu Qulinin adamı olmuş Elşən Məmmədovun qətlində əli ola bilər.
Bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat verib.
Xatırladaq ki, Elşən Məmmədov – Lotu Qulinin ən etibar etdiyi adamlardan biri – sentyabrın 12-də Tbilisidə özünə məxsus “Toyota Land Cruiser” avtomobilində qətlə yetirilib.



Virtualaz.org-un Tbilisidəki etibarlı mənbələri xəbər verir ki, Gürcüstan polisi qətldə Lənkəranskinin dəstəsinin Sankt-Peterburqda saxlanılmış üzvlərini şübhəli bilir. Emin Əhmədov kriminal avtoritet və Moskvada bizneslə məşğul olan Zaur Əhmədovun doğma qardaşıdır. Türkiyədə “qanuni oğru” Rövşən Lənkəranskinin öldürülməsindən sonra onun oğru imperiyasına faktiki olaraq Zaur Əhmədov başçılıq edib. Zaur Əhmədov özü Rövşən Lənkəranskinin xalası oğludur və onun bacısının əridir.
Lənkəranskinin dəstəsinin üzvləri saxlanıldı - "Lotu Quli"nin ən etibarlı adamını öldürüblər?
E.Məmmədovun güman edilən qatili – Emin Əhmədov
Zaur Əhmədov həmçinin Lotu Qulinin ətrafındakı adamlara qarşı ovun əsas təşkilatçısı hesab edilir. Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanovun olduqları VAZ-2114 avtomobili Sankt-Peterburqda Turku küçəsində park edilibmiş.
Lənkəranskinin dəstəsinin üzvləri saxlanıldı - "Lotu Quli"nin ən etibarlı adamını öldürüblər?
E.Məmmədovun güman edilən qatili – H.İsgəndərov
Baş leytenant V.Denisenkonun rəhbərliyi altında polis naryadı cinayətkarları saxlayıb və avtomobildə axtarış keçirib. Axtarış vaxtı 8 güllə ilə birlikdə tapança, eyni zamanda qandallar, maskalar və xüsusi əlcəklər tapılıb. Götürülmüş silah artıq ekspertizaya göndərilib. Sankt-peterburqlu hüquq-mühafizə orqanlarının əməkdaşları bildirirlər ki, saxlanılanlar yeni sifarişli qətl hazırlayırmış. Bildirildiyinə görə, Zaur Əhmədov artıq işə qarışıb və qardaşının azad edilməsi üçün böyük məbləğdə pul təklif edib. (virtual.org)
Tarix: 25-10-2017, 17:56
Xəbəri paylaş





Xəbər lenti