SOCAR-ın 335 milyonluq binasında havalandırma problemi- İŞÇİLƏR YAYDA İSTİDƏN, QIŞDA SOYUQDAN ƏZİYYƏT ÇƏKİR

SOCAR-ın 335 milyonluq binasında havalandırma problemi- İŞÇİLƏR YAYDA İSTİDƏN, QIŞDA SOYUQDAN ƏZİYYƏT ÇƏKİR Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasında havalandırma problemi mövcuddur.
SOCAR-da çalışan, adının çəkilməsini istəməyən şəxslərin Gununsesi.info-ya verdiyi məlumata görə, sözügüdən binada havalandırma sistemi düzgün qurulmayıb.

Belə ki, əldə etdiyimiz informasiyada qeyd olunur ki, SOCAR-ın işçiləri bu yay dəhşətli istilərdə çalışıblar. Bunun əsəs səbəbi isə havalandırma sisteminin düzgün qurulmamasıdır. Bildirilir ki, havalar soyuduğundan hazırda SOCAR-ın yeni inzibati binasında isitmə problemi mövcuddur.
Məlumat üçün bildirək ki, ötən ilin may ayının SOCAR-ın yeni inzibati binasının açılışı olub. Bina Cənubi Koreyanın «Heerim Architects&Planners Co. Ltd» şirkətinin «külək-alov» konsepsiyası əsasında inşa olunub. Tikintini Türkiyənin «TEKFEN İnşaat və Təchizat» şirkəti aparıb.
Nəzərinizə çatdıraq ki, layihə ilkin olaraq 235.4 milyon ABŞ dolları məbləğində dəyərləndirilib. Ətrafda abadlaşdırma işlərinə isə əlavə 100 milyon dollara yaxın vəsait sərf olunub. Bütünlükdə bu işlərə 335 milyon dollar pul xərcləndiyi qeyd edilir.
Tarix: 26-10-2017, 08:11
Xəbəri paylaş





Xəbər lenti