Qıza görə qamışlıqda adam öldürən Teymurun işi

Qıza görə qamışlıqda adam öldürən Teymurun işi Qız üstündə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdü Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.

Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəmə iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

İlkin məlumatda bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

İ.Muradov
Tarix: 26-10-2017, 13:36
Xəbəri paylaş





Xəbər lenti