Azərbaycanlı ana üç övladı ilə birlikdə Suriyadakı bombardımanlar zamanı öldü-SON DƏQİQƏ

Azərbaycanlı ana üç övladı ilə birlikdə Suriyadakı bombardımanlar zamanı öldü-SON DƏQİQƏ “Şimal xəbərləri”qəzetinin Xaçmaz rayonunun Molla oba kənd sakinlərindən aldığı məlumata görə, həyat yoldaşı Cavid və üç övladı ilə birlikdə Suriyada olan kənd sakini Ülviyyə(soyadı dəqiqləşdirilməyib) bu yaxınlarda bombardımanlar zamanı 15, 12 və 10 yaşlı uşaqları ilə birlikdə ölüb. İnformasiyaya əsasən, bu ailə bir neçə ildir ki, Suriyada idi. Cavid və həyat yoldaşının radikal dindar olduqları və Suriyada İŞİD sıralarına qoşulduqları bildirilir. Məlumatda o da deyilir ki, hazırda Cavid itkin düşüb. Onun Suriyadakı başqa qruplaşma tərəfindən girov götürüldüyü də bildirilir.

“Şimal xəbərləri”nə verilən məlumatda qeyd olunur ki, Molla oba və Ülviyyənin doğulduğu Ağaşirin oba kənd sakinləri hadisədən xəbər tutduqdan sonra ölənlərin yaxınlarına başsağlığı veriblər. Onların içərisində rayonun başqa ərazilərindən gələn dindar qadın və kişilər də olub.

“Şimal xəbərləri” hadisənin təfərrüatlarını öyrənməyə və dəqiqləşdirməyə çalışır. Əgər buna nail olsaq oxucularımıza əlavə məlumat verəcəyik.

Siam.az
Tarix: 28-10-2017, 10:33
Xəbəri paylaş





Xəbər lenti