Bərdədə mikroavtobusunda meyiti tapılan şəxsin kimliyi bilindi
Bərdədə sərnişin mikroavtobusunda meyiti tapılan şəxsin kimliyi məlum olub. Modern.az xəbər verir ki, Bərdə Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Əfəndiyev Habil Sabir oğlu olduğu müəyyənləşib.H. Əfəndiyevin ölümünə səbəb ürək xəstəliyi olub.
Qeyd edək ki, bu gün Bərdə rayonunda 3 saylı sərnişin mikroavtobusunda naməlum kişi meyiti tapılıb.
Tarix: 7-11-2017, 20:26