Cənubi Koreya silkələndi — Yaralılar var

Cənubi Koreya silkələndi — Yaralılar var Cənubi Koreyanın şərqində güclü zəlzələ baş verib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə “Renxal” agentliyi məlumat yayıb. Verilən məlumata görə, 5,4 bal gücündə qeydə alınan yeraltı təkanların episentri Pxoxan şəhərində yerləşib.
Zəlzələ nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hadisə zamanı 1,3 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Zəlzələdən sonra afterşoklar qeydə alınıb. Təkanlar paytaxtda da hiss olunub.

Ziya Səccad
Tarix: 15-11-2017, 23:02
Xəbəri paylaş





Xəbər lenti