Azərbaycanda güclü zəlzələ

Azərbaycanda güclü zəlzələ Bərdədə 4,9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətindən məlumat verilib.

Zəlzələ ocağı 60 km dərinlikdə yerləşib.

Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, yeraltı təkan Bərdə ilə yanaşı Gəncə, Şəmkir, Mingəçevir və Şamaxıda da hiss edilib.
Tarix: 16-11-2017, 00:08
Xəbəri paylaş





Xəbər lenti