Dini təhqir edənlərə iradını bildirən qadın bıçaqlandı - Azərbaycanda

Dini təhqir edənlərə iradını bildirən qadın bıçaqlandı - Azərbaycanda Bu gün axşam saatlarında Tovuz şəhərində bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Kazımova Səbinə Sabir qızı küçədə bıçaqlanıb.


İlkin məlumata görə, o, aptekdən dərman alıb evə qayıdan zaman küçədə bir qrup şəxs dini təhqir edən sözlər işlədib. Qadın onlara iradını bildirdikdə isə tərəflər arasında mübahisə yaranıb. Nəticədə onlardan biri qadının qarın nahiyəsinə bir bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.
Tarix: 16-11-2017, 23:45
Xəbəri paylaş





Xəbər lenti