Dağlıq Qarabağda mina partlayıb, üç erməni hərbçi ölüb, biri yaralanıb

Dağlıq Qarabağda mina partlayıb, üç erməni hərbçi ölüb, biri yaralanıb Dağlıq Qarabağda mina partlağışı nəticəsində üç erməni hərbçi ölüb, biri yaralanıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 21-də saat 18.35-də baş verib.

İşğalçı ordunun hərbi hissələrindən birində minanın partlaması nəticəsində Geqam Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Abramyan (1998-ci il təbəllüdlü) və Sarkis Məlikyan (1997-ci il təvəllüdlü) ölüb.

Daha bir hərbçi Harek Oveyan (1997-ci il təvəllüdlü) yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 22-11-2017, 10:37
Xəbəri paylaş





Xəbər lenti