Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma olub, ölənlər var

Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma olub, ölənlər var Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib.

Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.

Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır.

Atəş açan şəxslərdən biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb. Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.
Tarix: 23-11-2017, 22:01
Xəbəri paylaş





Xəbər lenti