Azərbaycan əsgərinin meyiti ermənilərin mövqeləri yaxınlığında tapıldı – RƏSMİ

Azərbaycan əsgərinin meyiti ermənilərin mövqeləri yaxınlığında tapıldı – RƏSMİ Müdafiə Nazirliyi Azərbaycan ordusunun hərbçisinin meyitinin tapılması barədə məlumat yayıb.

Bizimyol.info-nun nazirliyin saytına istinadən xəbərinə görə, məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib. B.Cəlilbəyli bu il yanvarın 5-də Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılıbmış.

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.
Tarix: 23-11-2017, 22:10
Xəbəri paylaş





Xəbər lenti