SOCAR-ın əməkdaşı intihara cəhd edib

SOCAR-ın əməkdaşı intihara cəhd edib Azərbaycan Dövlət Neft Şirkətinin Komplkes Qazma İşləri Trestinin əməkdaşı Kərimova Rumiyyə intihara cəhd edib.
İstiqlal.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Facebook" səhifəsində yazıb. Hüquq müdafiəçisinin sözlərinə görə, Rumiyyə Kərimova Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarla əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə işdən azad edilib.
Mirvari Qəhrəmanlı müvafiq dövlət qurumlarına məsələyə diqqət ayırmaları barədə çağırış edib.
Tarix: 26-11-2017, 20:11
Xəbəri paylaş





Xəbər lenti