150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb

150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Mingəçevir şəhər sakini, qızıl mağazasının sahibi olan Azər Nazim oğlu Müzəfərrov axşam saatlarında həmişə olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq “VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Tarix: 27-11-2017, 22:04
Xəbəri paylaş





Xəbər lenti