Əməkdar müəllim, hamımızın sevimlisi Rəşid ­ Mahmudovun ad günüdür.

Əməkdar müəllim, hamımızın sevimlisi Rəşid ­ Mahmudovun ad günüdür.
Bu gün Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elimlə­ri na­mizədi, Əməkdar müəllim, hamımızın sevimlisi Rəşid ­ Mahmudovun ad günüdür.

Dəyərli ziyalımız, Rəşid müəllim!


Si­zin, mərdliyiniz böyük şəxsiyyət sahi­bi olmağınız, cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Bu, xalqımızın ziyalısına verdiyi ən böyük mükafatdır!

Rəşid müəllim, ömürünüzün ikinci baharını hər zaman sevib-sevilməyinzi və ümman tək çağlamağınızı arzulayırıq...

Ad gününüz mübarək!

Rəşid Mahudovun həyat yoluna qısa nəzər salaq!

Həyatda insanı kamilləşdirən təkcə yaşadığı illərin çoxluğu deyil, həm də qaşılaşdığı həyat hadisələrinin keşməkeşli ol­ma­sı­dır. Bu mə­nada ömrünün 79 baharını yaşamış, böyük şəxsiyyət, hu­­ma­nist insan olan Rəşid müəllimi yaxından tanıyaq!

Dünyamız dəyişdikcə zamana müvafiq olaraq dəyərlər də də­yişir. Lakin bütün dəyərlər dəyişkən deyildir. Bu dəyərlərdən biri də əsl insan ömrü yaşamaqdır. Allahın nuru hesabına bəndənin özünün qa­zan­dığı bir taledir. Həmin insanlar, öz varlıqları ilə ətrafına nümunə olur­lar. Rəşid müəllim kimi...

Rəşid müəllim, Azərbaycanın dilbər guşəsi olan Gədəbəy ra­yo­nun­­da dünyaya göz açıb, yeniyetməlik illərini orada yaşayıb. Sonra tale elə gətirib ki, ömrünün ən gözəli çağlarını Bakı şəhərində keçirib, ali təh­sil alıb və bu illər ərzində müdriklik zirvəsinə qədər ucalıb. Keşməkeşli həyat yolu yaşamış, hər cür maniçilikləri dəf etməyi və qar­şı­laşdığı çətinliklərin öhdəsindən gəlməyi bacarmışdır.

Hörmətlə:

“Dünya” qəzeti və “Dunyamedia.info” Müstəqil İnformasiya Agentliyinin yaradıcı kollektivi.

Aygün Paşayeva Təbrikə Siam.az-ın kollektivi də qoşulur
Tarix: 28-11-2017, 08:51
Xəbəri paylaş





Xəbər lenti