24 yaşlı gənc taksidə xanımına baxan sürücünü öldürüb - daha bir qısqanclıq cinayəti

24 yaşlı gənc taksidə xanımına baxan sürücünü öldürüb - daha bir qısqanclıq cinayəti Qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən 1993-cü il təvəllüdlü Əbdülməmmədov Cavid Hacıməmməd oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.


Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 5-nə təyin edilib.

C.Əbdülməmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Qətlə yetirilən şəxs Vasif Ağammədovdur. O, Bakıda taksi sürücüsü işləyirmiş.

Qətlin təfərrüatları barədə qeyd edək ki, səbəb qısqanclıqdır. Belə ki, Cavid Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən Vasif Ağammədovun idarə etdiyi taksiyə minib.

Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan C.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib.

C.Əbdülməmmədov orada qətli törədib və könüllü olaraq polisə təslim olub.
Tarix: 28-11-2017, 14:57
Xəbəri paylaş





Xəbər lenti