İŞİD-in tərkibində döyüşməkdə təqsirli bilindi

İŞİD-in tərkibində döyüşməkdə təqsirli bilindi
Zöhrab Vəzirova 14 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirləndirilən Zöhrab Vəzirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Zöhrab Vəzirovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müşavirədən sonra məhkəmə hökmü elan edib. Məhkəmənin hökmü ilə Zöhrab Vəzirov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Zöhrab Vəzirov Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrinin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etməkdə təqsirli bilinib.
İttihama görə, Z. Vəzirov Suriyada İŞİD tərkibində döyüşlərdə iştirak edib.

Rəşad VAQİFOĞLU
Tarix: 4-12-2017, 15:05
Xəbəri paylaş





Xəbər lenti