Rusiya xüsusi təyinatlıları Azərbaycanda adam oğurluğu, quldurluq törətmiş banda liderini yaxaladı

Rusiya Daxili İşlər Nazirliyinin Baş cinayət axtarış idarəsinin əməkdaşları “Rosqvardiya”nın “Rıs” xüsusi təyinatlı dəstəsinin döyüşçülərinin dəstəyi ilə Azərbaycanda 90-cı illərdə adam oğurluğu, quldurluq, silahlı hücumlar törətmiş banda liderini yaxalayıb. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya DİN-in xüsusi nümayəndəsi İrina Volk bildirib. Həmin şəxsin kimliyi hələlik açıqlanmır, onun Azərbaycanda törətdiyi əməllərə görə beynəlxalq axtarışda olduğu bildirilir.

“Fiqurant 1997-ci ildən bəri cinayət məsuliyyətindən yayınıb. SSRİ vətəndaşı olan başqa adamın adına olan pasportdan istifadə edərək o, Rusiya vətəndaşlığı və ümumvətəndaş pasportu alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, əslində həmin ad altında Azərbaycanda tamam başqa adam yaşayır”-İrina Volk bildirib.



Əməliyyat-axtarış tədbirlərinin gedişində banda lideri Moskvanın Miçurin prospektində yaxalanıb. Onun 49 yaşında olduğu açıqlanıb. Axtarışda olan şəxsin yaxalanması ilə bağlı Azərbaycan tərəfi operativ məlumatlandırılıb. Həmin şəxsin Rusiya vətəndaşlığı ləğv edilib, pasportu etibarsız sayılıb.

Fiqurantın kirayə yaşadığı evdə axtarış zamanı İJ-70, “Brauning” döyüş tapançaları, onlara aid patronlar, habelə Qazaxstan vətəndaşının adına olan və saxlanılan şəxsin fotosunun yapışdırıldığı saxta pasport aşkar edilib. Şəxsin barəsində cinayət işi qaldırılıb, o, Rusiyada törətdiyi əməllərə görə cəzasını çəkəndən sonra Azərbaycana ekstradisiya ediləcək. Hazırda şəxsin Rusiya ərazisində başqa cinayətlərdə iştirakı araşdırılır.
Tarix: 9-02-2018, 13:53
Xəbəri paylaş





Xəbər lenti