Səhər saatlarında Gürcüstanın paytaxtı Tiflisin mərkəzində vəziyyət yenidən gərginləşib.Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanları ərazini tərk etməklə bağlı xəbərdarlıq etdikdən sonra etirazçıları dağıtmağa başlayıb.
Həbslərin olduğu bildirilir.
Yayılan son dəqiqə məlumatına görə, polis Tiflisin mərkəzindəki Melikişvili prospektini tamamilə nəzarətə götürərək etirazçıları yolun hərəkət hissəsindən uzaqlaşdırıb.
Paytaxtda keçirilən aksiyada bir neçə etirazçı saxlanılıb. Yerli KİV-in məlumatına görə, bir nəfər xəsarət alıb və o, təcili tibbi yardım maşını ilə ərazidən uzaqlaşdırılıb.