ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild, ABŞ-ın yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi ayıracağını açıqlayıb.Musavat.com xəbər verir ki, O, bu bəyanatını BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş iclasında verib. Tomas-Qrinfild, ABŞ-ın Ukraynaya dəstəyini artırmağa davam edəcəyini və yeni hərbi yardım paketinin hava hücumundan müdafiə vasitələri və zirehli texnikalarla təchiz ediləcəyini qeyd edib.
Bu addım, Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.