Son böyük Rusiya bankı da SWIFT-dən çıxarılır - “Qazprombank” ağır sanksiyalara məruz qalacaq


ABŞ Rusiya Federasiyasının üçüncü ən böyük bankı olan "Qazprombank"ı SWIFT beynəlxalq ödəniş sistemindən ayırır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bununla da Rusiyanın xaricdəki 180 milyard dollarını idarə edən və sanksiyalar siyahısına düşmədən əsas dünya valyutalarında hesablaşmalara çıxışı olan son dövlət bankı - “Qazprombank” da sözügedən sistemdən kənarda qalacaq. 
Müvafiq qərar noyabrda, yəni Baydenin səlahiyyət müddəti başa çatmamış qəbul ediləcək. Birləşmiş Ştatlar bu barədə artıq Yeddilik Qrupundan (G7) olan tərəfdaşlarını xəbərdar edib.
Məlumatda deyilir ki, sanksiyaların tətbiqindən sonra “Qazprombank” Amerika bankları ilə hər hansı əməliyyat aparmaq hüququndan məhrum ediləcək. Əvvəllər bu bank Qərbin ciddi məhdudiyyətlərinə məruz qalmırdı.Yalnız Böyük Britaniya banka qarşı bloklama tədbirləri tətbiq edib və 2023-cü ildən bankın dollarla əməliyyatlarda problemlər yaranıb.
Bütün bunların fonunda Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi səbəbindən Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri dondurulduqdan sonra “Qazprombank” Kremlin əsas xarici valyuta operatorlarından biri idi. Bankın idarə etdiyi 180 milyard dollar idxalın ödənilməsi və rublun məzənnəsinin dəstəklənməsi üçün istifadə olunurdu. Bundan əlavə, bank Rusiya qazının və qızılının ixracı üçün əsas hesablaşma mərkəzlərindən biri kimi çıxış edirdi.
Tarix: Dünən, 17:59
Xəbəri paylaş





Xəbər lenti