Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq
"Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında baş verən proseslər getdikcə dərinləşir. Bundan öncəki yazılarımızda Komitədə baş verən proseslər barədə qısaca məlumat vermişdik. Lakin proses mətbuatda işıqlandırılandan sonra qanunsuzluqlar yeni müstəviyə keçməyə başladı..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Araz Paşayevin həmkarlar işinə nə dərəcədə yad adam olması hər gün özünü təsdiq edir. Tabeliyində olan həmkarlar komitələrində aparılan qanunsuz yoxlamaların davamı olaraq, mərkəzi komitədə də özbaşınalıqlar davam edir. Sədr vəzifəsinə seçildiyi gündən özü ilə gətirdiyi səriştəsiz kadrları yerləşdirməyi özünə başlıca məqsəd qoymuş Araz Paşayev, nəhayət qanunsuz olaraq bacardı. Belə ki, Komitənin rəsmi facebook səhifəsinə istinadən bildiririk ki, Araz Paşayevin sədrliyi ilə 7 noyabr 2024-cü il tarixdə komitənin məclis iclası keçirilmişdir. Məclisin keçirilməsində əsas məqsəd qanunsuz olaraq sədrin 1 ci müavini vəzifəsini tutan və seçkidən 2 ay əvvəldən özünü 1 ci müavin elan etmiş Tehranağa Abdullayevi və sədrin müavini vəzifəsinə Turanə Kərimovanı təsdiq etmək idi. FOTOFAKTLAR-dan da göründüyü kimi, iclası yalnız Araz Paşayev aparır, iclasa nəinki tabe 138 təşkilat, heç 2/3 üzv təşkilatlar iştirak etmir. Bu isə əsasnaməyə uyğun olaraq qanunsuzdur və Məclis öz işini apara bilməz ! Lakin Azərbaycanın COP-29 kimi dünya tədbirinə evsahibliyinə hazırlaşdığı günlərdə, ölkə və Konfederasiya rəhbərliyinin bu işlə məşğul olduğunu bilərək, tələm tələsik öz dəstəsinin vəzifə təyinatlarını qanunləşdirmişdir. 
Əvvəlki məktublarda, sənədləşmələrdə Tehranağa Abdullayev «sədrin 1 ci müavini vəzifəsini müvəqqəti icra edən» göstərilirdi. Bu o demək idi ki, artıq məsələ əvvəlcədən həll olunub. Fotolara baxanda açıq aşkar görünür ki, heç kim səs vermir, heç kimin Məclisin iclasından xəbəri yoxdur və üzvlərin səsləri, fikirləri və münasibəti Araz Paşayevə heç maraqlı deyil. Xahiş edirik bu məlumatları ictimailəşdirin, Mərkəzi komitədə baş verən bu qanunsuzluqlar, özbaşınalıqlar durdurulsun ! 
 
Əldə etdiyimiz məlumata görə, COP-29 bitəndən sonra, Araz Paşayev yenidən tabe komitələrə maliyyə ödəmələri tətbiq etdiriməyə hazırlaşır!.." 
 
Bu barədə sonrakı yazılarımızda...

DAVAMI VAR... 

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq

Tarix: Dünən, 17:27
Xəbəri paylaş





Xəbər lenti