Tərtər RİH: İntihara cəhd edən şəxs Vətən Müharibəsi qazisi deyil



Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) qarşısında üzərinə benzin tökərək özünü yandırmaq istəyən şəxs Vətən Müharibəsi qazisi deyil.
 
Bu barədə Tərtər RİH-dən bildirilib.
 
Qeyd olunub ki, həmin şəxs Tərtər şəhər Elman Səfərov küçəsinin sakini, Birinci Qarabağ müharibəsinin 2-ci qrup əlili, 1976-cı il təvəllüdlü Vəliyev İlqar Qabil oğludur.
 
“O, körpələr evi-uşaq bağçasında işləyən qızının analıq məzuniyyətinə çıxaraq məzuniyyət pulunu ala bilməməsi səbəbindən içkili vəziyyətdə Tərtər rayon İcra Hakimiyyətinin qarşısına gəlib. Benzinlə özünü yandırmağa cəhd edib. Cəhdin qarşısı alınıb” – məlumatda bildirilib.Pravda.az
Tarix: 26-07-2022, 13:54
Xəbəri paylaş





Xəbər lenti