Ucarda yabanı halda bitmiş çətənə bitkiləri məhv edildi




Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş 2022” şərti adlı
kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat-axtarış
tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan SİAM.AZ-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Məlikballı
kəndi ərazisində ümumi çəkisi 615 kiloqram olan 386 ədəd yabanı halda bitmiş
çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Ucar RPŞ-də tərəfindən araşdırmalar aparılır.
Tarix: 29-07-2022, 10:34
Xəbəri paylaş





Xəbər lenti