Londonda müsəlmanların“Ferrari” sərgüzəştləri–HƏBS OLUNDULAR+FOTO


Londona köçən 24 yaşlı Adəm İslam sığorta şirkətindən pul mənimsəmək üçün hiyləyə əl atıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İslam özünə məxsus “Toyota MR2” markalı avtomobilini “Ferrari”yə çevirib.
O, idman avtomobilinin tanımadığı biri tərəfindən vurulduğunu əsas gətirərək sığorta şirkətindən 29 min funt sterlinq (36 min dollar) tələb edib. Müstəntiqlər baş verən “qəzanı” tez bir zamanda üzə çıxarıblar. İslamın “Facebook”da paylaşdığı fotoşəkillərdən məlum olub ki, Məhəmməd Xayer adlı digər şəxs icarəyə götürdüyü “Audi A1” markalı avtomobili sürərkən saxta “Ferrari” ilə toqquşub.
İslamın Məhəmmədlə əlbir olub sığorta almaq planları üzə çıxıb. Onların hər ikisi dələduzluq etdiklərini etiraf ediblər. Dələduzlara müvafiq olaraq il yarım həbs cəzası verilib.

Tarix: 30-07-2022, 08:24
Xəbəri paylaş





Xəbər lenti