Rusiya gəmisi Qara dənizdə BATIRILDI – FOTO






Rusiya ordusuna məxsus gəmi Qara dənizdə batırılıb.
Hadisə bu gün səhər saatlarına ruslar tərəfindən ələ keçirilən Sevastopol yaxınlığında baş verib.
İddia olunur ki, gəmi Ukrayna Silahlı Qüvvələrinin arsenalında olan “HİMARS 142” raketi ilə məhv edilib.
Məlumata görə, gəmi qəfildən tüstülənməyə başlayıb. Rusiya gəmisindəki tüstü ukraynalı dəniz eksperti H.İ.Sutton tərəfindən qeydə alınıb. O, bu barədə öz tviter səhifəsində məlumat verib.
Ekspertin sözlərinə görə, Rusiya gəmisi tüstüləndikdən dərhal sonra partlayış səsləri eşidilib, daha sonra gəminin yaxınlığında qara tüstü yaranıb. Ekspert hesab edir ki, Ukrayna raketləri gəmini sıradan çıxarıb.
O, həmçinin bildirib ki, fotoda tüstüdə Vasili Bıkov tipli 22160 layihəli patrul gəmisini görə bilərsiniz. Belə gəmilər hər salvoda 8 Kalibr qanadlı raketlə silahlana bilər.(Publika.az)
 



Tarix: 6-08-2022, 07:41
Xəbəri paylaş





Xəbər lenti