Rusiya sülhməramlılarının maşını erməni sürücünün avtomobili ilə toqquşdu: 4 ölü - FOTO
Bu gün Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobili Xankəndi-Xocalı avtomobil yolunda ağır qəzaya uğrayıb. Siam.az xəbər verir ki, polisin məlumatına görə, nəticədə 4 nəfər (qadın) ölüb.
Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısının idarə etdiyi "HAVAL H9" markalı avtomobil, Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməninin "VAZ-2107" markalı avtomobili ilə toqquşub.
Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü sağ ağciyərin aşağı nahiyəsinin kəsilmiş-deşilmiş sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Elə həmin avtomoobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.
Unikal
Tarix: 12-08-2022, 15:22