İrəvanda ticarət mərkəzindəki partlayışda 5 nəfər ölüb, 61 nəfər yaralanıb


İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha iki nəfər ölüb.

SİAM.AZ xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan “Facebook” səhifəsində məlumat verib.

Bununla da hadisə nəticsəində ölənlərin sayı 5 nəfər olub.

Ermənistan Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, 17 nəfər hələ də itkin düşmüş hesab olunur.

Hadisə ilə bağlı cinayət işi açılıb.

***

Tarix 14.08.2022

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 2 nəfər həyatını itirib.
 
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.
 
Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.
 
***
17:52
 
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb, 1 nəfər həyatını itirib.
 
Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.


Ölən şəxs 40-45 yaşlı kişidir. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib.
 
***
 
17:37
 
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Pravda.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ticarət mərkəzinin binasının üç tərəfindən uçmaq təhlükəsi var. Pirotexnika mallar hələ də partlamağa davam edir.

***
 
15:08
 
İrəvanda "Surmalu" Ticarət Mərkəzində baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb.

Pravda.az-ın məlumatına görə, şahidlər dağıntılar altında insanların qaldığını bildiriblər.

İlkin versiyaya görə, pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb.

Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.



***
 
14:08
 
Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib. İlkin məlumata görə, xəsarət alanlar var.
 
APA
 

Tarix: 15-08-2022, 08:16
Xəbəri paylaş





Xəbər lenti