Suriyadan Türkiyəyə raketlər atıldı - Şəhid və yaralılar var


Türkiyənin Birecik rayonunda Çiçəkalan Sərhəd məntəqəsinə Suriyadakı terror qruplaşmaları tərəfindən edilən raket hücumunda 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb.
Yeniavaz.com 
“TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Birecikin daxil olduğu Şanlıurfa əyalətinin valisi Salih Ayhan məlumat verib.
Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, topçu baş çavuş Uğurcan Cirnooğlu şəhid olub.

Görülən cavab tədbirləri nəticəsində 13 terrorçu zərərsizləşdirilib.
Tarix: 16-08-2022, 18:10
Xəbəri paylaş





Xəbər lenti