SON DƏQİQƏ! Polis "Kubinka"da əməliyyat keçirdi - 8 nəfər saxlanıldı (VİDEO)


 
Paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov ("Kubinka") küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.



Tarix: 25-08-2022, 14:08
Xəbəri paylaş





Xəbər lenti