Azərbaycan Ordusunun hərbi qulluqçusu qəzada həlak olub - RƏSMİ


Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.
 
Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
 
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
 
Allah rəhmət eləsin!
Tarix: 27-08-2022, 10:43
Xəbəri paylaş





Xəbər lenti