Azərbaycanda qorxulu hadisə: 15 yaşlı uşağın əlində qumbara partladı -Yaralılar var


 
Gəncə şəhər sakini olan 15 yaşlı yeniyetmənin əlində qumbara partlayıb.
Xəbər verilir ki, Araz Qasımov (ad-soyad şərtidir) yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.
Yeniyetmə həmin alışdırıcıya toxunarkən səs partlayışı baş verib və bu zaman həmin ərazidən keçən N. Mustafayeva aşağı ətrafların, sol qolun üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş xəsarətləri alıb.
Yeniyetmə xəstəxanaya yerləşdirilib (APA).
Tarix: 30-08-2022, 10:51
Xəbəri paylaş





Xəbər lenti