SON DƏQİQƏ! Abşeronda hoteldə partlayış - yaralanan var - YENİLƏNİB


Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.
Bu barədə "Report" Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb. 
20:12
Abşeronda hoteldə partlayış olub.
Siam.az "Report"a istinadən  xəbər verir ki, hadisə "Sun Set" hotelində qeydə alınıb.
İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda əraziyə FHN əməkdaşları cəlb edilib: "Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub".
Əlavə məlumat veriləcək.
Tarix: 30-08-2022, 22:08
Xəbəri paylaş





Xəbər lenti