Masallıda cəbhəçi həbs edilib

Sentyabrın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehdi Əsədovun inzibati qaydada həbs olunduğu bildirilir.
Partiyadan verilən məlumata görə, M.Əsədov yaşadığı Masallı rayonunda saxlanıb: “Dünən, sentyabrın 13-də rayon polis şöbəsinin əməkdaşları AXCP Masallı şəhər dayaq dəstə sədri Mehdi Əsədovun evinə gələrək əvvəlcə onun telefonunu tapıb götürüblər, sonra özünü zorla şöbəyə aparıblar. Bir neçə saatdan sonra Mehdi bəy məhkəməyə aparılıb və polisə müqavimət ittihamı ilə inzibati qaydada 30 sutka müddətinə həbs olunub”.
Partiyadan hesab edirlər ki, M.Əsədov sosial şəbəkələrdə yazdıqlarına görə həbs olunub.
Bu deyilənlər ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və rayon məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb. Amma DİN buna qədər oxşar şikayətlərə cavab olaraq bildirib ki, onlar heç kimi tənqidi fikirləri və siyasi baxışlarına görə təqib etmirlər.
Azadlıq radiosu
Tarix: 14-09-2022, 21:00
Xəbəri paylaş





Xəbər lenti