Rusiyanın qurduğu qondarma “respublika”nın baş prokuroru ofisində partladıldı


Rusiyanın işğal altında olan Luqanskda qurduğu oyunçaq “LXR”in “Baş prokurorluğunun” binasında partlayış baş verib.
Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
“İlkin məlumatlara görə, “LXR”in “baş prokuroru” Sergey Qorenko iş otağında baş verən partlayış nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib”.
Qonerko ilə yanaşı onun müavini Yekaterina Steqlenko da ölüb.
Gələn xəbərlərdə həlak olanların sayının çox olduğu deyilir.
Tarix: 16-09-2022, 17:48
Xəbəri paylaş





Xəbər lenti