Neftçalada oğurluq edən şəxs saxlanılıb



DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Siam.az-a verilən məlumata 
görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir mağazadan və bir 
həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Cavid Məcidov 
saxlanılıb. 

Dindirilmə zamanı həmin şəxs törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, C.Məcidov rayon ərazisində yerləşən 
mağazaların birindən 320 manat pul, 480 manat dəyərində danışıq kartı və tütün 
məmulatı, bir həyətyanı sahədən isə ümumi dəyəri 11.650 manat olan 5 ədəd su 
mühərriki, müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri, samovar, tikiş 
maşını və məişət əşyaları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurub.
Faktlarla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, 
saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam 
etdirilir.
Siam.az
Tarix: 17-09-2022, 23:09
Xəbəri paylaş





Xəbər lenti