Tanınmış rusiyalı aparıcının əmlakı yandırılıb - FOTO


Tanınmış rusiyalı aparıcının əmlakı yandırılıb - FOTO/VİDEO
Tanınmış rusiyalı televiziya aparıcısı Dmitri Kisilyovun villasının yaxınlığında gecə saatlarında bir neçə avtomobilə od vurulub.
Polis əməkdaşları naməlum şəxsin məhz Kisilyovun maşınlarını yandırmaq istəməsi versiyasına meyl edir.
İnsident nəticəsində “Land Rover” və Kiselyovun “Cock t'est Belle” loqosu olan qolf arabası zərər çəkib.
Yanğın törədən şəxs müşahidə kameralarına düşüb. Görüntülərdə kimliyini gizlətməyə çalışan tibbi maskalı bir kişi müşahidə edilir.
Yanğınla bağlı əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi maddəsi ilə cinayət işi başlanıb.
Aparıcı yanğınla bağlı xəbərlərə hələlik münasibət bildirməyib. (oxu.az)
Tarix: 18-09-2022, 09:18
Xəbəri paylaş





Xəbər lenti