Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Siam.az-a verilən məlumata
görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində gecə saatlarında şəhər ərazisində yerləşən üç fərdi
yaşayış evindən  oğurluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Elmar
Həsənov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək
qanunsuz daxil olduğu evlərdən pul və qızıl zinət əşyaları oğurladığını bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, E.Həsənov barəsində həbs
qətimkan tədbiri seçilib. Onun digər cinayət əməllərində iştirakının olub-olmaması
araşdırılır.
Tarix: 24-09-2022, 12:56
Xəbəri paylaş





Xəbər lenti