ABŞ-da qasırğa! Milyonlarla sakin evindən didərgin düşdü, təyyarə biletləri satıldı, avtomobil yolları iflic oldu


Qazanan marketlər oldu
Siam.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, “İen” qasırğasının bu gün Florida ştatının cənub sahillərinə, Meksika körfəzinə çatacağı gözlənilir.
Bununla əlaqədar  ABŞ-ın Florida ştatının rəhbərliyi 2,5 milyon nəfərə yaxın sakini təxliyə olmağa çağırıb.
Fövqəladə vəziyyət elan edildikdən sonra vətəndaşların böyük bir qismi ştatın şərq və şimal hissələrinə doğru üz tutublar. Bu da avtomagistrallarda hərəkətin iflic olması ilə nəticələnib.
Aviaşirkətlərin bütün biletləri satılıb.
Hökumətin xəbərdarlıq açıqlamasından sonra Florida sakinləri su və ərzaq ehtiyatı əldə eləmək üçün supermarketlərə axışıblar. Nəhəng supermarketlərin ərzaq rəflərinin əksəriyyəti boşalıb.Qazanan marketlər oldu
Hurriyyet.az
Tarix: 28-09-2022, 17:14
Xəbəri paylaş





Xəbər lenti