Türkiyənin hərbi bazası raket hücumuna məruz qaldı


Türkiyənin İraqın şimalındakı hərbi bazası raket hücumuna məruz qalıb.
Siam.az xəbər verir ki, Mosul şəhərinin şimal-şərqindəki Başik bölgəsində yerləşən Zlikan bazasına üç raket atılıb.
Onlardan ikisi düşərgənin yaxınlığına, üçüncüsü isə bazaya bitişik dağın ətəyinə düşüb.
İraq təhlükəsizlik qüvvələrinin bölmələri atəş açan qurğunun yerini müəyyənləşdirmək və hərbi obyektə raket atan cinayətkarları ələ keçirmək üçün əməliyyata başlayıb.Teleqraf.com
Tarix: 9-10-2022, 08:03
Xəbəri paylaş





Xəbər lenti