Krım körpüsündə partlayışda ölənlərin sayı 5 nəfərə çatıb




Krım körpüsündə dünən baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Partlayışın baş verdiyi yük maşınının yanında hərəkət edən avtomobildə dörd nəfər – üç kişi və bir qadın olub.

Qadın və kişilərin cəsədlərini tapmaq mümkün olub.
Partlayışda ölənlərdən ikisinin şəxsiyyəti bilinib. Partlayış nəticəsində ölənlər arasında Sankt-Peterburqdan olan evli cütlük də var. Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, 53 yaşlı Eduard və 33 yaşlı Zoya partlayan yük maşınının yanında “Cadillac” markalı avtomobildə olublar. Cütlük Sankt-Peterburqda yaşayıb və onlar tur bələdçiləri olublar.



Tarix: 9-10-2022, 17:12
Xəbəri paylaş





Xəbər lenti