Rusiya MN: Belqorod vilayətində MDB ölkələrindən birinin iki vətəndaşı terror aktı törədib, 11 nəfər ölüb


Rusiyanın Belqorod vilayətində poliqonda terror aktı törədilib.
 

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, terror aktı nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb.
 
Rusiya Müdafiə Nazirliyi terror aktının MDB ölkələrindən birinin iki vətəndaşı tərəfindən törədiliyini qeyd edib.
 
Hadisənin könüllülərlə məşq zamanı baş verdiyi bildirilir.
 
Hücum edənlər bölmənin şəxsi heyətinə atəş açıblar.
 
Terrorçular cavab atəşi ilə məhv edilib.
 
APA
Tarix: 16-10-2022, 10:52
Xəbəri paylaş





Xəbər lenti