Rusiyada poliqonda niyə atışma olub? – Aralarında azərbaycanlı da varmış...


Xəbər verdiyimiz kimi, Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, oktyabrın 15-də MDB ölkələrindən birinin iki vətəndaşı Belqorod vilayətində Qərb Hərbi Dairəsinin poliqonunda terror aktı törədib və atışma nəticəsində 11 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu gün meduza.io saytı özünü hadisənin şahidi adlandıran hərbçiyə istinadən yazıb ki, Belqorod vilayətinin Soloti kəndindəki poliqonda baş verən qətliam dini münaqişənin tərkib hissəsi ola bilər.
Bildirilir ki, münaqişə üç əsgərin - bir dağıstanlı, bir azərbaycanlı və bir adıgenin artıq xidmət etmək istəmədikləri barədə raport yazmaq istəməsi ilə başlayıb. Onlar bildiriblər ki, bu, onların müharibəsi deyil. Bundan xəbər tutan polkovnik-leytenant Andrey Lapin adlı komandir deyib ki, bu, müqəddəs müharibədir.
Bundan sonra tacik əsilli hərbçilər müqəddəs müharibənin müsəlmanların kafirlərə qarşı müharibəsi olduğunu deyiblər. Polkovnik-leytenant isə cavab olaraq onların dinini təhqir edib. Bundan sonra üç müqaviləli tacik əsgər digər müsəlmanlara kənara çəkilmələrini söyləyərək pulemyotla polkovnik-leytenant Lapini öldürüblər. Rusiya mətbuatında hadisəni törədən tacik əsgərlərin adları da qeyd olunub - baş serjant Bikzot, kiçik serjant Ami və Anuşa. Bikzot və Anuşa öldürülüb, Ami isə hadisə yerindən qaça bilib. 
Tarix: 16-10-2022, 22:07
Xəbəri paylaş





Xəbər lenti